Sabah yağış gözlənilir

sabah-yagis-gozlenilir
Oxunma sayı: 855


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. 

Havanın temperaturunun gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20, Türkan, Hövsan, Şıx, Sahildə 20-21 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. 

Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.