Safuranın atası qızı ilə bağlı açıqlama verdi

safuranin-atasi-qizi-ile-bagli-aciqlama-verdi
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, müğənnin səhifəsində “Gərək mən də Aygün kimi soyunum. Yoxsa başqa cür qabağa getmək mümkün deyil!” yazılmışdı.

Məsələ ilə bağlı S. Əlizadənin özü ilə danışmaq istədik. Amma atası Safuranın xaricdə olduğunu bildirdi. Atası həmçinin yayılan məlumatlar da reaksiya verib və bunun həqiqət olmadığını deyib: “Safuranın “Facebook”da bir rəsmi səifəsi var. Amma o dünyasında elə söz yazmaz. Kimdirsə onun adından belə bir səhifə açıb və bu sözləri yazıb. Boş şeydir, Safura heç vaxt kiməsə söz atmaz. Özü 3 günə gələcək və bu barədə açıqlamda verəcək”.

Onu da qeyd edək ki, “Safura Əlizadə” adı ilə açılmış “Facebook” səhifəsi hazırda bağlanıb.

Aynur B.