Sağlamlıq imkanları məhdud uşaqlar düşərgədə - Foto

saglamliq-imkanlari-mehdud-usaqlar-dusergede
Oxunma sayı: 1483

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində dövlət himayəsində yaşayan uşaqlar üçün yay düşərgəsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, uşaqlar xarici və yerli könüllülərin köməyi ilə çimərlikdə dincəlib, istirahət ediblər.

Günün ikinci yarısı isə onların müxtəlif parklara, paytaxtın görməli yerlərinə, istirahət məkanlarına gəzintiləri təşkil olunub. Həmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar keçirilib.

JOY Norvec təşkilatı və UAFA Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə keçirilən yay düşərgəsi iki həftə davam edəcək.