Seriallardan 350 milyon dollar qazandılar

Seriallardan 350 milyon dollar qazandılar
Oxunma sayı: 2279

140-dan çox ölkədə göstərilən türk serialları 2017-ci ildə Türkiyəyə 350 milyon dollardan çox gəlir gətirib.

“Qafqazinfo” publika.az-a istinadən xəbər verir ki, ölkənin serial sektoru yüksək ixracat göstəricilərinə nail olaraq böyük uğura imza atıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, son 10 ildə dünyada maraqla izlənən türk serialları Amerika seriallarından sonra ikinci sırada yerləşib.

Amerikadan Rusiyaya, Balkanlardan Orta Şərqə və Uzaq Şərqdən Latın Amerikaya qədər dünyanın dörd bir tərəfində göstərilən serialların illik ixracat gəliri 350 milyon dollardan çox olub.

Kino Baş İdarəsinin məlumatlarına görə, bu günə qədər ən çox ixrac edilən seriallar arasında "Adını Feriha koydum", "Gümüş", "Fatmagülün suçu nə?", "Ezel" və "Kara Sevda" yer alıb.

Radio və Televiziya Yayımı Peşə Birliyinin (RATEM) rəhbəri Yusif Gürsoy bildirib ki, gələcəkdə bu qazancı daha da yuxarı qaldırmağa çalışacaqlar: "2023-cü ildə hədəfimiz 1 milyard dolları keçməkdir. Dünyanın bütün ölkələrində, Türkiyədə istehsal olunan seriallar, televiziya çəkilişləri heyranlıqla izlənəcək".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi