Sərxoş ər arvadını öldürdü, qohumunu yaraladı

serxos-er-arvadini-oldurdu-qohumunu-yaraladi
Oxunma sayı: 2512

Avqustun 16-da əvvəllər məhkum olunmuş Elvin Bayramov həyat yoldaşı Müşafərim Bayramovanın yaşadığı, Samux rayonunun Ziyadlı kəndindəki atasına məxsus evə gələrək münaqişə zəminində ona və qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirib.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, nəticədə M.Bayramova ölüb, X.Salmanova isə xəstəxanaya yerləşdirilib. 

Samux RPŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bayramov saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Araşdırma aparılır.