“Sevda üçün Gürcüstandan rəqqaslar gətirəcəm”

sevda-ucun-gurcustandan-reqqaslar-getirecem
Oxunma sayı: 1347


Bu sözləri “Qafqazinfo”ya  prodüser Tarix Əliyev (Tolik) müğənninin sentyabrın 21-i “Yaşıl” teatrda verəcəyi konsert haqda danışarkən bildirib:

"Sevda konsertə çox ciddi hazırlaşır. Konsertdə yeni mahnılar, Rəhim Rəhimli ilə möhtəşəm duet və qeyri-adi şou olacaq Bütün müğənnilərin konsertlərində, rəqslərində oxşarlıq var. Bu müğənnilərin deyil, rəqqasların günahıdır. Bizdə rəqqaslar heç nə bacarmırlar, eyni rəqsləri bütün müğənnilərlə işləyirlər. Ona görə mən Sevda üçün Gürcüstandan rəqqaslar gətirəcəm.

Digər konsertlər kimi böyük ekran, ad yazmaq, klip nümayişi olmayacaq. Müğənniləri toylarda, proqramlarda çox görürlər, onların oxumağı artıq tamaşaçıya maraqlı olmur. Sevda əsas şou göstərəcək və səhnəyə ayaqla gəlməyəcək. Konsertin rejissoru Aynura Səmədovadır. Biletlər dünəndən kassalardadır. Nahid Emiloğlunun təşkil etdiyi konsertdə satılan biletlər bu konsertdə də keçərlidir”.

Könül