Rusiya prezidenti Vladimir Putin Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadiyyatı Forumu çərçivəsində Cənubi Koreya lideri Mun Çje İnlə görüşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbəe verir ki, Putin heç kimin emosiyalara qapılmamasını və Şimali Koreyanı “küncə sıxışdırmaqdan” əl çəkmələrini tövsiyə edib:
“İndi hər kəs hər zamankından daha çox soyuqqanlı olmalı və gərginliyi artıracaq adddımlar atmamalıdır”.
Rusiya prezidenti Şimali Koreya ilə olan problemlərin yalnız sanksiyalar və təzyiqlər yolu ilə həll edilməsinin mümkün olmadığına, həll yolunda siyasi və diplomatik vasitələrin əsas şərtlər olduğuna diqqət çəkib.
Putin Rusiyanın Seul və Pxenyan ilə Cənubi Koreyaya qaz və enerji nəqli şəbəkələrinin inşaatı kimi üçtərəfli layihələri həyata keçirməyə hazır olduğunu vurğulayıb.
Mun Çje İn də öz növbəsində Şimali Koreya probleminin həllinin vacibliyi və bunun Şərqi Asiyanın inkişafındakı böyük əhəmiyyəti məsələsində Putinlə həmfikir olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər