«Son 10 ilin ən çox güclənən partiyası – Ümid Partiyasıdır» - Fotolar

son-10-ilin-en-cox-guclenen-partiyasi-umid-partiyasidir-fotolar
Oxunma sayı: 674

Tədbirdə partiyanın rayon, qadın, gənclər təşkilatı, ali məclis üzvələri və partiya fəalları iştirak edib. Tədbiri giriş sözü ilə açan partiyanın icra aparatının rəhbəri Nəsimi Məmmədli iştirakçıları qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edib:

- Bu soyuq qış günlərində dəvətimizi qəbul edib müşavirədə iştirak etdiyiniz üçün hər birinizə öz təşəkkürümü bildirirəm. Əziz ümidçilər, mən bu gün keçirdiyimiz müşavirə haqqında qısaca məlumat vermək istəyirəm. Ümid Partiyası olaraq 2012-ci ildə çox nailiyyətlərə imza atılıb. İstər regional müşavirələrin keçirilməsi, istər təşkilatlanma istiqamətində, istərsə də təbliğat istiqamətində xeyli işlər görülüb.

Bakir Həsənbəyli: «Xalqın vahid mübarizəsini pozanlar, bu iqtidara xidmət edənlərdir»

Bundan sonra müşavirə iştirakçılarını salamlayan sədrin siyasi məsələlər üzrə müavini Bakir Həsənbəyli keçən ildə baş verən siyasi hadisələri təhlil edərək hakimiyyəti sərt tənqid edib: “Əziz dostlar, əgər mövcud iqtidarın iyirmi ili əhatə edən hakimiyyət dövrünə nəzər salsaq onların yarıtmaz, xalqı geriyə aparan işlər gördüyünün şahidi olarıq. Bu iqtidar 20 ildir ki, bütün etik həddləri aşıb.
Sözsüz ki, Ümid Partiyas 2013-cü ildə özünün namizədi ilə prezident seçkilərində iştirak edəcək. Sizi əmin edirəm ki, biz hazırki hakimiyyəti əvəz edə biləcək yeganə qüvvəyik. Bunun üçün həm hüquqi, həm insan, həm də siyasi resurslarımız var. Bu gün biz bu müşavirədə növbəti prezident seçkilərinə təqdim edəcəyimiz namizədin adını müəyyənləşdirməliyik. Mən müşavirə iştirakçılarına təklif edirəm ki, bizim 2013-cü il prezident seçkilərində partiyamızın namizədi hörmətli millət vəkili hər birimizin sədrimiz olmaqla bahəm dostumuz və qardaşımız olan, ən çətin anlarında yanımızda olan İqbal Ağazadəni olsun. Mən hesab edirəm ki, bizim siyasi mübarizəmizin məntiqi nəticəsi biz hakimiyyətə gələcəyik. 2013-cü il Ümid Partiyasının tarixinə hakimiyyətinin ilk ili kimi yazılacaq. Sizə bu yolda uğurlar arzulayıram.

Razi Abasbəyli: «Bu iqtidar gələn il gələcək nəsillərin də haqqını yeməyə başlayacaq»

Daha sonra isə söz Ümid partiyası sədrinin iqtisadi-siyasət məsələləri üzrə müavini Razi Abasbəyliyə verildi:
- Dəyərli ümidçilər, hamını salamlayıram və bütün Ümid-çilərin qaşısında baş əyirəm. Eşq olsun Azərbaycan Ümid-çilərinə! Əziz, dəyərli bəylər və xanımlar. 2013-cü il Azərbaycanda seçki ilidir. Biz bu ilin yekunu olaraq burada toplaşmışıq. Lakin həm də 2013-cü ilə hazırlaşırıq. Qarşıdan gələn yeni ildə biz mümkün olanı da olmayanı da, əlimizdən gələni də gəlməyəni də, edib bu iqtidarı yola salmalıyıq. Bu iqtidar 20 ildir ki, Azərbaycan xalqının haqqını yeyir. Sözün bütün mənalarında bu millətin haqqı əlindən alınır. Ölkənin təbii sərvətləri talanır. Azərbaycanda işçsizlik probelmi həll olunmur. Gələn ilin dövlət büdcəsində ölkədə pensiya alanların pensiyaları 10 faiz yəni 9 manat 40 qəpik artacaq. Bu yüzminlərlə ehtiyac içində yaşayan təqaüdçünün təhqir edilməsi demək deyilmi. Ölkədə 170 min müəllim, 100 minə yaxın həkimin əmək haqları artırılmayacaq. Əvəzində Azərbaycanın neft pulları, dövlət büdcəsində 7 milyard manat əsaslı investitsiya qoyuluşları adı altında yollarda, parklarda, binaların fasadlarında, muzeylərdə talanacaq. Gələn il bu iqtidar Neft Fondunun müavfiq əsasnaməsini pozub fonda daxil olan neftpullarını 100 faizdən də çox büdcəyə transfer edəcək. Yəni fonda gələcək nəsillər üçün saxlanılmalı olan 25 faiz də və ondan da artıq büdcəyə daşınıb oradan da oğurlanacaq. Bu gələcək nəsillərin haqqının oğurlanması deməkdir. Artıq yetər, buna bir dur deməyin vaxtıdır. Məncə biz Azərbaycan xalqının ümidi olan Azərbaycan Ümid Partiyasının və onun prezidentliyə namizədi olancənab İqbal Ağazadənin dövlətin başına gətirilməsi üçün 2013-cü ildə hər şey etməylik. Biz Azərbaycanın bütün problemlərinin baiskarı olan bu iqtidarı yola salıb, xalqı bu bəlalardan xilas etməyliyik. Üzərimizə düşən tarixi borcu, missiyanı gələcək nəsillərə, balalarımıza saxlamağa haqqımız yoxdur.
Aynur İmranova: «10 il ərzində Ümid Azərbaycanın ən güclü partiyalarından birinə çevrilib»

Daha sonra isə partiya sədrinin ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Aynurə İmranova çıxışında ötən illər ərzində Ümid partiyası ilə beynəlxalq təşkilatlar, diplomatik korpuslar arasında qurulan əlaqələrdən danışdı:
- Bu soyuq qış günü Ümid ailəsinin burda yaratdığı isti atmosferdə sizi salamlayıram. Mən sizlərə təşəkkür edirəm ki, bu gün hamınız burda bir aradasınız. Bu aftoritar və repressiv hakimiyyətin yaratdığı ağır şəraitdə mübarizənizi davam etdirirsiniz. Bizim ağır mübarizəmizin nəticəsidir ki, son 10 il ərzində Ümid Azərbaycanın ən güclü partiyalarından birinə çevrilib. Bizim ağır mübarizəmizin nəticəsidir ki, bu gün həm dünyada, həm Azərbaycan siyasətində Ümidsiz, İqbal Ağazadəsiz heç bir hadisə fikirləşilə bilməz. Bu onu göstərir ki, bu gün dünya, beynəlxalq ictimaiyyət Ümid-i çox ciddi qəbul edir. Bu ağır mübarizənin nəticəsidir ki, Amerikanın dövlət departamenti Ümid Partiyasını parlamentin yeganə müxalifət partiyası kimi görür. Bunu bəyan etməkdən çəkinmir. Mən sizinlə fəxr etdiyimi və qürur duyduğumu bildirmək istəyirəm. Biz bu mübarizəni o zaman qalibiyyətlə başa vuracayıq ki, sədrimiz İqbal Ağazadəni prezident edəcəyik və arzuladığımız Azərbaycanı, o uğurlu gələcəyə ilk imzanı atacayıq. Məncə Azərbaycanın prezidenti millətini sevməkdən çəkinməyən, yarı rus, yarı Azərbaycan dilində danışmayan, Azərbycanı nə Rusiya nə də Amerikadan asılı vəziyyətdə saxlamayan, böyük qardaş arayışında olmayan, bu Vətənə, bu millətə sevginin ədalətli seçkidən keçdiyini, ədalətli məhkəmədən keçdiyini anlayan, o ədalətin təminatçısına çevrilən şəxs olmalıdır. O şəxs məhz İqbal Ağazadə olacaq.

Rüfət Muradlı: «Biz dünyada yaşayan hər bir azərbaycanlının iqtidarını quracayıq»

«Hörmətli xanımlar və bəylər. İlk dəfədir ki, Ümid ailəsinin bu geniş auditoriyası qarşısında çıxış edirəm. Və bu haqqı mənə tanıdığına görə Ümid partiyasının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm» bu sözləri Ümid partiyasının diaspora və xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sədr müavini Rüfət Muradlı çıxışına başlayarkən bildirdi .
- Ümid Partiyasının rəyasət heyətinə də öz təşəkkürümü bildirirəm. Ümid partiyası üzümüzə gələn ildə böyük perspektivlərləyanaşı bir il gözləyir. Xarici ölkələrdə yaşayan həmvətənlərlə diaspora üzrə sədr müavinliyinin təsis olması partiyanın təkcə Azərbaycan Respublikasında yaşayan vətəndaşlarımızın deyil, eyni zamanda bütün dünyaya səpələnmiş 50 milyonluq Azərbaycanlının hüquqlarına laqeyd qalmadığının göstəricisidir. Biz indiki iqtidardan fərqli olaraq Azərbaycan Respublikasını gerçəkdən bütün dünya Azərbaycanlılarının vətəni bilirik.
Könül Quliyeva: «Təkcə kişilərin idarə etdiyi cəmiyyət heç vaxt demokratik ola bilməz»

Partiyanın qadınlar təşkilatının sədri Könül Quliyeva isə «mən bir qadın kimi hər birinizi əmin etmək istəyirəm ki, cəmiyyətimizi narahat edən problemlərin həllini biz Ümid partiyası olaraq seçmişik və ardıcıl olaraq siyasətimizi davam etdirəcəyik. Mən müşavirədə iştirak edən hər kəsə, xüsusilə də xanımlarımıza ayrıca minnətdarlığımı bildirirəm ki, bu gün bizimlə birlikdədirlər. Biz bu gün cəmiyyətimizdə olan problemlərin həlli üçün birlikdə səy göstərməlioyik, gizli şəkildə təşkilatlanmalıyıq, siyasi proseslərdə aktivliyimizi bir az da artırmalıyıq. Demək olar kmi, son dövrlərdə ötən əsrlə müqayisədə Azərbaycan qadınlarının ictimai-siyasi proseslərə münasibəti geriyə doğru gedir. Bunun da səbəbi odur ki, son zamanlar qadınlara qarşı zorakılıq halları çox artıb. Son zamanlar cəmiyyətdə qadınların rolu artmağa başlayıb. Təkcə kişilərin idarə etdiyi cəmiyyət heç vaxt inkişaf edə bilməz. Demokratiya və qadın bir-birini tamamlayan anlayışlardır» deyə çıxışında bildirdi.

Ruslan İzzətli: «Biz deyirik ki, bu hakimiyyət bizim problemimizi həll edə bilmir»

Partiya sədrinin gənclərlə iş üzrə müavini Ruslan İzzətli isə «10 aydan sonra ya biz demokratik bir ölkəyə çevriləcəyik, ya da yenə de bizi əzən bir aftoritar rejimin altında qalacayıq. Demokratik ölkədə yaşamağımız labüddür. Bu hakimiyyətri Ümidfin qurması da labüddür. Bunu biz yox, beynəlxalq təşkilatların Azərbaycana mövqeyində, Ümidə diqqət ayırmasında, bu gün Azərbaycan gəncliyinin bu zalı doldurması, Ümidin regionda güclənməsi onu göstərir ki, Ümid hakimiyyətinin bu ölkədə iqtidar olması labüddür. Amma zamana ehtiyac var. Bu zamanın nə qədər tez və nə qəıdər gec olması bizlərdən asılıdır. Xüsusən də gənclərdən asılıdır. Çünki gənclər varsa, o yerdə dinamiklik var, gənclik vcarsa orda hərəkətlilik var, gənclik varsa orda bir yenilik var. əziz dostlar, biz deyirik ki, bu hakimiyyət bizim problemimizi həll edə bilməz» deyə çıxışında bildirdi.

Taleh Əliyev: «Tutduğumuz yol bizi hakimiyyətə aparır»

Daha sonra isə Ümid Partiyasının seçki və təbliğat məsələləri üzrə sədr müavini Taleh Əliyev çıxışında bildirdi: «Biz Azərbaycanda ardıcıl olaraq güclənən, ölkənin demokratikləşməsi istiqamətində fəaliyyət göstərən bir partiyayıq. Biz hər kəslə dost, ədalət uğrunda, demokratiya uğrunda mübarizədə əzmkarlıq və həmrəylik göstərmək üçün varıq. Məhz bu yol da bizi hakimiyyətə aparacaq»
İqbal Ağazadə: «Bu iqtidar dəyişəcək»

Və nəhayət söz toplantı iştirakçılarının ayaqüstə alqışlaryıla Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadəyə verildi.

- Dəyərli partiyadaşlar, hörmətli xanımlar və bəylər hamınızı salamlayıram. Hər birinizi qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edirəm. Ümidvaram ki, bu qarşıdan gələn yeni il bizə, ailəmizə,yaxınlara, doğmalara, millətimizə ən uğurlu ən düşərli illərdən biri olacaq. Bu gün xalqın, millətin, bu dövlətin, bu insanların, vətəndaşların yaşamasının, sosial cəhətdən güvənli olmasının, haqq və hüquqlarının verilməsi istiqamətində mübarizə aparan sizlər varsınız. Rayonlarda, yerlərdə, minlərlə, on minlərlə Azərbaycan vətəndaşı bu istiqamətdə arzu və istəkdə bulunur, bu istiqamətdə sözünü deyir, meydanlara çıxır, fikirlərini ifadə edir, çəkinmir, qorxmur, ən aftoritar, ən repressiv dönəmlərdə belə bir zaldan başlayan mübarizəni bütün Azərbaycana yaya bilən bir mübarizə ortaya qoyur. Eşq olsun Ümidçilərə, eşq olsun Azərbaycana, demokratiya uğrunda, azadlıq, vicdan haqları uğrunda mübarizə aparan bütün insanlara.

Dəyərli partiyadaşlar, əziz xanımlar və bəylər, yola saldığımız 2012-ci il Azərbaycan xalqının tarixində, Azərbaycan xalqının yaddaşında ötən illərdən fərqli bir dərin iz buraxmadı. Təəssüflər olsun ki, problemlərimiz, dərdlərimiz köhnə, insanların ümidləri köhnə, köhnəlmiş Qarabağ problemi, həll olunmamış qaçqınçılıq, yurd niskili, həsrəti, bütün bunların hamısının ildən-ilə Azərbaycan xalqının içində qubar edərək, içində saxlayaraq ildən-ilə ötürüb hər il bu problemlərin həll olunması üçün gah Allaha, gah siyasi partiyalara, gah liderlərə, bəzən də möcüzələrə ümid bəsləyir. Amma hər birimiz bircə şeyi unuduruq ki, gözlədiyimiz bu möcüzə içimizdə olan iradə, mübarizə əzmidir, proseslərə baxışdır, təfəkkürdür, düşüncədir, ardıcıllıq, stabillikdir. Biz yalnız bunun nəticəsində bu problemləri həll edə biləcəyik. Azərbaycan iqtidarının Azərbaycan problemlərini həll etmədiyi barədə dəfələrlə yüksək tribunalaradan, parlamentin kürsüsündən, toplantılardan, KİV-lərə verdiyimiz müsahibələrdə dəfələrlə qeyd etmişəm və bir daha qeyd edirəm - Azərbaycanda sosial cəhətdən güvənli yaşamaq istəyiriksə, təqaüdçümüz, pensiyaçımız, gözünü ayın sonunda ona veriləcək qəpik-quruşa dikmək istəmirsə, qaçqın, köçkün, yurd həsrətinə son qoyub ata-babasının qəbrini ziyarət etmək, doğma yurduna qayıtmaq müəllim, həkim rüşvət adı altında çirkin bir işlərin müqabilində passientinin, tələbəsinin, şagirdinin qarşısında əzilmək istəmirsə, Azərbaycan qadını, Azərbaycan xanımları məişətindəki problemlərdən əziyyət çəkmək istəmirsə, soyuducunu açıb boş gördüyündə, balama nə bişirəcəm kimi bir sualın içində cövr etdirmək istəmirsə, tək bircə yol var. Bu iqtidara dur deyib, görəvdən alıb, bu iqtidarı yola salıb yeni bir iqtidar qurmaq, yeni bir komanda, yeni bir hökumət yaratmalıyıq. Bu olmayacaqsa aşağı-yuxarı probleminin beş ildən biraz az, biraz çox bundan sonrakı illərdə də davam edəcək. Beş il bundan əvvəl bu sözü olduğu kimi prezident seçkilərində xalqa müraciətimdə televiziya ekranlarından demişdim. Nələr dəyişib bu beş ildə? Azərbaycan iqtidarı Azərbaycan seçicisinin, xalqının hansı problemlərini həll etdi?

Biz bu gün Azərbaycanın böyük bir institutunu, siyasi partiya olaraq bizi bu tipli zallara gətirən insanların haqqını əlindən alan, siyasi hüquqlarını ifadə etməyə imkan verməyən indiki iqtidardır. Rast gəldiyiniz insanların məişət şəraitindən, sosial həyatından tutmuş hər şeyə diqqət edin, onları da o günə salan iqtidardır. Bu gün Yekaterinanın dövründə Patyomkinin siyasətini davam etdirən mövcud iqtidar sanki küçələri, binaların fasad hissəsini bəzəməklə Azərbaycan insanına xidmət etmiş kimi görünür. Azərbaycanda da, dünyada da hər bir şey insan üçündür. Azərbaycanda edilən hər bir hərəkət, atılan hər bir addım yürüdülən hər bir siyasət Azərbaycan insanı üçün olmayacaqsa, o siyasət kimsəyə lazım deyil. Əgər keçən 20 il ərzində minimum pensiyamızın miqdarı 50 manatdan başlamış olsaydı və ildə bu pensiyalıar cəmi 10% artırılmış olsaydı, bu gün Azərbaycanın ən aşağı pensiya alan 300 manat pensiya alırdı. Hardadır bu artım? Niyə biz bu artımları görmürük? Bu gün təkcə olimpiya komitəsi dünya olimpiadasında iştirak edən bir olimpiya çempionuna, 400 min manat-500 min dollar verirsə, bu bir müəllimin 198-200 illik maaşına bərabərdirsə, budurmu ədalət? Budurmu cəmiyyət? Azərbaycan insanı, Azərbaycan vətəndaşları bu gün müəllimin, həkimin, ziyalı insanların, gənclərin çiyinlərində dayanır. Göstərsin mənə Azərbaycan iqtidarı 700 bal toplamış bircə nəfər şagirdə, bircə nəfər məzuna sahib çıxıb. Desin ki, mən onu yetişdirən valideynin qarşısında baş əyib onu mənzillə təmin etdim. Onu yetişdirən valideynin qarşısında baş əyib onun bütün çətinliklərini qaşılayıb həyat şəraitini yaxşılaşdırmaq istiqamətində növbəti 4 ildə ən azı bakalavr təhsili aldığı dövrdə üzərimə dövlət olaraq müəyyən məsuliyyətlər götürdüm. Hanı? Azərbaycanın təhsil sistemində təkcə bu il barmaqla sayıla biləcək sayda gənc 700 bal toplayıb. Budurmu Azərbaycanın irəliləyişi? Kimin üzərində dayanırıq? Savadsız, başqa ölkələrdən gətirilmiş idmançıların hesabına Azərbaycan bayrağını qaldırmaq, Azərbaycan xalqına, Azərbaycamn bayrağına, millətinə sahib çıxmaq deyil, Azərbaycan millətinə, onun balalarına verə biləcəyi təhsildən, verə biləcəyi çörəkdən, gözünü ümidsiz şəkildə hər bir problemdən çəkə biləcək yaşlı insanlara sahib çıxmaqdan gedir. Göstərin mənə yurd sevgisi ilə, vətən sevgisi ilə, millət sevgisiylə alışan bircə qaçqın bir gün öz kəndinə gedə bildi. Son qoydu həsrətə. Yaxınlarının doğmalarının qəbrini ziyarət elədi. Göstərin, varmı?

20 ildir ildən-ilə ötürülən Qarabağ probleminin həll olunmamasının günahkarı kimdir? Azərbaycan iqtidarı. Bu gün bu məsuliyyət beynəlxalq təşkilatlardan və digərlərindən asılıdır deyənlər bircə şeyi unutmasınlar. Azərbaycan daxilində öz gəlirləri ilə, öz insanları ilə, zəkalı insanları ilə vətəndaşları ilə istənilən problemi həll etməyə hazır bir dövlətdir. Azərbaycan cəmiyyəti sıradan bir cəmiyyət deyil. Bu gün dünyanın əksər ölkələri ilə müqayisədə aşağıdan yuxarı 7-dən 77-yə qədər hər kəs oxuyub-yaza bilir. Qənaətimiz budur ki, mövcud iqtidar qalacağı təqdirdə Azərbaycan problemləri həll olunmayacaq. Bu aşağıdan yuxarı bütün seçicilərə bütün vətəndaşlarımıza bir-bir çatdırılmalıdır, deyilməlidir. Tək yolumuz var. Bu iqtidarı dəyişməliyik. Necə dəyişəciyik? Təbii ki, onun da yolları var. Amma dəyişmək məsələsi deyəndə heç də düşünməyin ki, biz hər şeyi alt-üst edəcəyik. Azərbaycan vətəndaşları bir az bundan qorxur. Azərbaycan vətəndaşları sanki dəyişiklik deyəndə 90-cı illərdən başlayan katalizmləri, 90-cı illərdən başlayan o çətinlikləri, qarşıdurmaları, itirilmiş torpaqları, vətəndaş münasibətlərindəki gərginlikləri, hakimiyyət vəmüxalifət arasındakı qarşıdurmaları sanki yada salmış kimi prosesdən bir az ləngiyir. Amma bu iqtidar dəyişəcək. Bu iqtidarı sizlər, biz bir yerdə dəyişəcəyik.