“Sumqayıt” 2 dəfə debütantla qarşılaşacaq

sumqayit-2-defe-debutantla-qarsilasacaq
Oxunma sayı: 661

“Sumqayıt” 2017/2018 futbol mövsümü üçün hazırlığa start verir.

“Qafqazinfo” xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi iyunun 22-də "Kapital Bank Arena"da, saat 18:00-da ilk məşqinə çıxacaq.
 
Hazırlığın birinci mərhələsində "kimyaçılar" 2 yoxlama oyunu keçirəcək. Plana əsasən, "Sumqayıt" iyulun 2-də və 8-də "Səbail"lə üz-üzə gələcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Yoxlama oyunlarının saatı və komandanın ikinci hazırlıq mərhələsinin planları açıqlanmayıb.