Sumqayıtda ağır yol qəzası - 5 nəfər ölüb

sumqayitda-agir-yol-qezasi
Oxunma sayı: 6119

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.