Şura QHT-lərə müraciət etdi

sura-qht-lere-muraciet-etdi
Oxunma sayı: 649

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş müraciətə səsvermə davam edir. Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş bu müraciət faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.

Yanvarın 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb. İndiyədək cəmi 20500 imza toplanıb.

Kampaniyada iştirak etmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx

Səhifədə göstərilən "Hesab yarat" (Create an account) bölməsinə daxil olmaq, bölməyə daxil olduqdan sonra ad, soyad və e-mail ünvanı göstərilən xanalara müvafiq məlumatları daxil etmək lazımdır.

Bölmədə göstərilən "zip" xanasını boş qoymaq da mümkündür.

Qeydiyyat başa çatdıqdan sonra istifadəçinin e-mail ünvanına Ağ Evin rəsmi saytından təsdiq məktubu daxil olur. Məktubun daxilində səhifədə hesab yaratmaq üçün lazım olan şifrə yazılır. Həmin şifrəni "Sign in" bölməsində e-mail ünvanından sonra şifrə bölməsinə daxil etmək lazımdır.

Qeyd: e-mail ünvanına gələn məktubun daxilindəki linkə keçid verərək daxil olmaq da mümkündü.

"Log in" düyməsini sıxdıqdan sonra qeydiyyat başa çatmış hesab edilir və şəxsi hesab açılır. Şəxsi hesabınızda göstərilən "SİGN THİS PETİTİON" (Bu ərizəni imzala) düyməsini sıxaraq müraciəti imzalamaq mümkündü.

Hesab limiti: Hər şəxs yalnız bir İP ünvandan (bir kompyuterdən) səs verə bilər.

Qeyd: Yalnız 100 000 səs verildiyi təqdirdə müraciət ABŞ prezidentinin məruzəsinə daxil edilərək xalqa çatdırılacaqdır.