Suriyanın baş naziri İranda səfərdədir

suriyanin-bas-naziri-iranda-seferdedir
Oxunma sayı: 663

Suriyanın baş naziri İmad Xəmis İran prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana gedib.
 

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, baş nazir mərasimdə Suriya prezidenti Bəşər Əsədi təmsil edəcək.

O, həmçinin İranın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirəcək, iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.