“Taliban” şəhəri ələ keçirməyə çalışır - 100-dən çox ölü var

taliban-seheri-ele-kecirmeye-calisir
Oxunma sayı: 3514

10 avqustdan etibarən Əfqanıstanın Qəznə şəhərinə 4 istiqamətdən hücum həyata keçirən “Taliban” terror təşkilatı ilə hüquq-mühafizə orqanları arasında şiddətli toqquşmalar baş verib.

“Qafqazinfo” xəbər verir ki, atışmalar zamanı 100-dən çox terrorçu öldürülüb.

Əfqanıstan təhlükəsizlik əməkdaşlarından da 25-i ölü. Hadisə yerində 1 jurnalist də dünyasını dəyişib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş bildirib ki, terrorçuların şəhərin mərkəzinə yaxınlaşmasının qarşısı alınıb.

Hazırda toqquşmalar davam edir.