Tarkandan yeni bir rekord - 300 min satış...

tarkandan-yeni-bir-rekord
Oxunma sayı: 648

Türkiyənin pop ulduzu Tarkan yeni bir rekorda imza atıb. 

“Qafqazinfo” xəbər verir ki, məşhur müğənni 10 ildən sonra çıxardığı “10” albomu böyük nəticə əldə edib. Belə ki, albom bir həftədə 300 mindən çox satılıb. 

Bundan əlavə, sənətçinin iyulun 1,2, 4, 5 və 8-də keçirəcəyi bütün konsertlərin biletləri satılıb. 

Xatırladaq ki, bu gün Tarkan Formula 1 çərçivəsində Bakıda konsert verəcək.