TQDK xəbərdarlıq etdi

tqdk-xeberdarliq-etdi
Oxunma sayı: 648

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair məlumat bazası artıq komissiyaya təqdim olunub. Bu məlumatlar əsasında 2011-ci ildə orta ümumtəhsil müəssisələrini bitirən abituriyentlərin attestat məlumatları Komissiya tərəfindən onların elektron ərizələrinə daxil edilib.

Mərkəzləşdirilmiş buraxılış imtahanlarına cəlb olunmayan, elektron ərizə doldurarkən şagird kodunu yanlış qeyd edən və ya ümumiyyətlə qeyd etməyən abituriyentlər SQK-da attestat məlumatlarını təsdiqlətməli olacaqlar. Belə abituriyentlərin sayı təxminən 6300 nəfərdir.Həmin abituriyentlərin imtahana buraxılış vərəqələri saytda yerləşdirilməyəcək və onlar iş nömrələrini və şifrlərini həmin səhifəyə daxil etdikdə ekranda bu barədə xəbərdarlıq elanı görünəcək.

Həmin abituriyentlər attestatlarını elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasına təqdim edib attestat məlumatlarını təsdiqlətdikdən sonra “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər.