Ülvi Quliyev komitə sədri seçildi

ulvi-quliyev-komite-sedri-secildi
Oxunma sayı: 10187

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclasında deputat Ülvi Quliyev Gənclər və İdman Komitəsinin sədri seçilib. Buna qədər Ülvi Quliyev 2015-ci ildə yaradılan Gənclər və İdman Komitəsinin sədr müavini olub.

“Qafqazinfo” xəbər verir ki, Ü. Quliyev 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən, 2015-ci ildə isə 15 saylı Yasamal 1-ci seçki dairəsindən parlamentə seçilib.

O həmçinin 1992-1997-ci illərdə Azərbaycan Karate-do Federasiyasının prezidenti kimi fəaliyyət göstərib. Bununla bərabər 1997-ci ildən bu günə qədər Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Şərq Döyüş Növləri Federasiyaları Şurasının sədridir. Karate idman növü üzrə 7-ci  dan qara kəmər sahibidir.

Xatırladaq ki, sabiq sədr Fuad Muradov hökumətdə yer aldığı üçün artıq parlamentdə təmsil olunmur.

Günel Türksoy