“WhatsApp”da yenilik - Danışaraq yazış

whatsappda-yenilik
Oxunma sayı: 802

“WhatsApp”da olacaq yeni funksiyalar hal-hazırda beta test mərhələsində test olunur.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, söhbət iOS və Android üçün nəzərdə tutulmuş 2 yeni funksiyadan gedir.

Android üçün 2.17.265 versiyalı WhatsApp-ın beta test mərhələsinə videozəng funksiyasının dəyişdirilmiş tərzi əlavə olunub. Belə ki, bundan sonra istifadəçilər videozəng pəncərəsini kiçildə və ekranda istədikləri yerə daşıya biləcəklər.

Beləliklə, istifadəçilər eyni anda həm videozəng vasitəsilə ünsiyyət qura, həmdə digər istifadəçilərə mesaj yaza biləcəklər.