Xətai rayonunun bir hissəsində su olmayacaq

xetai-rayonunun-bir-hissesinde-su-olmayacaq
Oxunma sayı: 636

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, həyata keçirilən layihələrə uyğun olaraq Bakının Xətai rayonu ərazisində magistral kəmərlərin yenilənməsi işləri aparılır. Bununla əlaqədar 2-3 dekabr tarixlərində Xətai rayonunun bir hissəsinə - Gəncə prospekti, X. Məmmədov, S. Ə. Şirvani, Vunqtau, Məhəmməd Hadi küçələrinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Nigar Məmmədli