Xocalı soyqırımı ilə bağlı Milli Məclisin xüsusi iclası keçiriləcək

xocali-soyqirimi-ile-bagli-milli-meclisin-xususi-iclasi-kecirilecek
Oxunma sayı: 669

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Milli Məclisin xüsusi iclası keçiriləcək. Bu barədə məlumat verən Milli Məclis sədrinin müavini Bahar Muradova iclasın tarixi ilə bağlı dəqiqləşmə aparıldığını deyib. Onun sözlərinə görə, xüsusi iclasda Xocalı soyqırımı ilə bağlı bir sıra məsələ, o cümlədən soyqırımın beynəlxalq səviyyədə tanıtdırılması ilə əlaqədar müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək. Milli Məclisin sədr müavini ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinin gündəmdə olduğunu da açıqlayıb.

az.itv.az