Yasamaldakı qəza ilə bağlı açıqlama

yasamaldaki-qeza-ile-bagli-aciqlama
Oxunma sayı: 632

Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, istintaqla müəyyən edilib ki, fevralın 17-də saat 11:40 radələrində Mirsultanov Mirəli Mirnicat oğlu idarə etdiyi «İsuzu Ecobus» markalı 10-TG-022 dövlət qeydiyyat nişanlı avtomobillə M.Xiyabani küçəsində hərəkətdə olarkən yolu keçən piyada 1967-ci il təvəllüdlü Quliyeva Şəhla İbrahim qızını vurmuş və hadisə yerindən qaçmışdır. Zərərçəkmiş Ş.Quliyeva aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş, hadisəni törədən sürücünün müəyyən edilməsi istiqamətində müvafiq təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Mirəli Mirsultanov tutularaq istintaqa cəlb olunmuş və ona qeyd olunan maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.