Yəməndə 4 jurnalist öldürülüb

yemende-4-jurnalist-oldurulub
Oxunma sayı: 648

“Yəmən Today”in 4 jurnalisti öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yəmənin informasiya naziri Müammar əl-Eryani məlumat verib. Onun sözlərinə görə, jurnalistlər iki həftədir üsyançı husilər tərəfindən girov götürülmüşdülər, digərləri isə naməlum istiqamətə aparılıblar. 

Nazir bildirib ki, həmin jurnalislər "Yəmən Today” kanalının binası husilər tərəfindən atəşə tutulan zaman yaralanıblar, lakin onlara tibbi yardım göstərilmədiyi üçün ölüblər.