Zamiqdən “Sevgi tanqosu” - Video

Zamiqdən “Sevgi tanqosu”
Oxunma sayı: 1026

Müğənni Zamiq Hüseynovun repertuarına yeni mahnı əlavə olunub.

“Qafqazinfo”  xəbər verir ki, sənətçi bu gün “Sevgi tanqosu” adlı mahnısını təqdim edib. Tanqo janrında lentə alınan bəstə Zamiqin rəsmi “Youtube” səhifəsində yerləşdirilib. Z.Hüseynov bildirib ki, yeni layihələri çoxdur və müəyyən fasilələrlə hamısını təqdim edəcək:

“Konsertdən sonra bir az ara verdik, artıq asta-asta layihələrimi təqdim edəcəm. Bəzilərini klipli, bəzilərini isə klipsiz. Tango sevdiyim janrdır, məndə hər zaman nostalji hisslər yaradır”.

Qeyd edək ki, “Sevgi tanqosu”nun sözləri Baba Qədirliyə, musiqisi Vüqar Mirzəyevə, aranjımanı Samir Şirinova məxsusdur.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi