Zeedorf La Liqada

zeedorf-la-liqada
Oxunma sayı: 1556

Hollandiyalı məşqçi Klarens Zeedorfun yeni klubu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, 41 yaşlı mütəxəssis İspaniyanın “Deportivo” klubuna baş məşqçi təyin edilib.

O, ötən gün postundan qovulan Kristobal Parralonu əvəzləyib. Ona hazırda 22 turdan sonra 18-ci pillədə qərarlaşan “Deportivo”nu çempionatda saxlamaq vəzifəsi tapşırılıb.

Qeyd edək ki, Zeedorf daha öncə İtaliyanın “Milan” və Çinin “Şenzen” klublarını çalışdırıb.