Lənkəranda ara qarışdı

lenkeranda-ara-qarisdi
Oxunma sayı: 3366

Topaz Premyer Liqasında XIII turun qarşılaşmaları davam edir.

“Qafqazinfo” futbolinfo.az-a xəbər verir ki, "Xəzər Lənkəran" doğma meydanda əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlir.

Hazırda Lənkəran klubunun mərkəzi stadionunda keçirilən "Böyük oyun"da ara qarışıb. Belə ki, ev sahiblәrinin futbolçusu Rasim Ramaldanov zәdәlәnib, yerdә qalsa da, qonaq komandanın yarımmüdafiәçisi Elşәn Abdullayev topu meydandan çıxarmayıb. Epizodun davamında top künc xәttindәn meydanı tәrk edib.

Bundan sonra lәnkәranlıların kapitanı Rahid Әmirquliyev Abdullayevә sәrt şәkildә etirazını bildirib. Nәticәdә ara qarışıb. Lakin hakimin vә digәr futbolçularından müdaxilәsindәn sonra tərəflər sakitlәşib.

Bir qədər sonra matçda yenə gərginlik yaşanıb. Bu dәfә Kamran Abdullazadә vә Erik Ramos mübahisә edib. Gәrginliyi isә referi Әliyar Ağayev sakitlәşdirib.