“Həzi Aslanov-2” nə vaxt istifadəyə veriləcək?

hezi-aslanov-2-ne-vaxt-istifadeye-verilecek-
Oxunma sayı: 3327


“Qafqazinfo” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sözügedən ərazinin uzun müddətdir hasara alınmasına aydınlıq gətirərkən deyib.

N.Paşayev bildirib ki, “Həzi Aslanov-2” stansiyasının istifadəyə verilməsi bu dəqiqə mümkün deyil. 

“Buna səbəb isə həmin stansiyanın “Yaşıl xətt”in davamı olacağıdır. “Xətai”  stansiyasından sonra Nobel prospekti boyunca çəkiləcək olan bir neçə stansiya “Həzi Aslanov-2” stansiyasında dayanır. Gələcək üçün isə onun davamı dairəvi olacaq, həmin xətt yenidən “Dərnəgül” stansiyasına gedib birləşəcək”.

Metropoliten rəsmisi bildirib ki, “Həzi Aslanov-2” tiklib istifadəyə verildikdən sonra o, keçid kimi istifadəyə veriləcək. Digər stansiyalarda tikinti işlərinin bitməsini gözləməyə ehtiyac yoxdur. 

“Orada “Cəfər Cabbarlı”-“28 May” keçidi kimi Həzi Aslanov keçidi tikilir. Tikintisi nəzərdə tutulan stansiyalar istifadəyə verildikdən sonra birbaşa “Həzi Aslanov-2” stansiyasına birləşəcək”.

Qeyd edək ki, “Həzi Aslanov” metrostansiyasının ətrafı 3 ilə yaxındır ki, hasara alınıb. Sərnişinlərin gediş-gəlişinə mane olur. Sözügedən ərazidə avtobusların dayanması mümkün deyil.