“Qafqazinfo”nun məlumatına görə, şirkət 1 sentyabr tarixindən etibarən DoğmaCİN tarif planı çərçivəsində Bakcell abunəçilərinə çox sərfəli danışıq xidməti təklif edən yeni kampaniyaya start verib. Qeyd edək ki, yeni kampaniya çərçivəsində DoğmaCİN abunəçiləri öz aralarında 1 saatlıq danışıq üçün cəmi 2 qəpik ödəyir. Bunun üçün abunəçi “sevimli nömrə”sini seçərək aktivləşdirə (*109#1#10 rəqəmli nömrə#yes yığmaqla) və saatı 2 qəpiyə danışa bilər. “Sevimli nömrə”nin ilk dəfə aktivləşdirilməsi PULSUZDUR, ikinci dəfədən başlayaraq 0.5 AZN təşkil edir. DoğmaCİN”in yeni sərfəli tarifi haqqında ətraflı məlumatı bu linkə daxil olmaqla əldə etmək olar: http://www.bakcell.com/az/dogmacin#lovelynumber
Son xəbərlər
Son Xəbərlər