Volkswagen Bakı endirim etdi - Fotolar

volkswagen-baki-endirim-etdi-
Oxunma sayı: 6712

Volkswagen Bakı Mərkəzində endirimlər və kampaniyalar davam edir. Belə ki, rəsmi idxalçı Volkswagen Jetta, CC və Touareg avtomobillərin qiymətlərini 10% endirib.

İdeal biznes sedan olan Volkswagen Jetta modelini artıq 21 150 AZN-ə əldə etmək mümkündür. 6 100 AZN ödəməklə (bank, sığorta və rəsmiləşdirmə xərcləri xaric) lizinq vasitəsi ilə bu avtomobilə sahib ola bilərsiniz.

Volkswagen CC isə indi 32 850 AZN oldu. Avtomobili manatla rəsmiləşən kreditlə də əldə etmək olar. İlkin ödəniş 12 444 AZN (bütün xərclər daxıl), aylıq – 833 AZN.
Touaregin qiyməti 76 900 manatdan 69 200 manata düşdü. Beləliklə seqmentində qiymət və təhcizat parametrləinə əsasən ən sərfəli avtomobillərdən biri oldu.
2015-ci il istehsalı olan Yeni Volkswagen Polo Sedan aid kampaniya davam edir. Bu avtomobili kredit ilə əldə etmək çox münasibdir. Cəmi 7450 AZN ilkin ödəniş edərək bu modeli 36 aya qədər kredit ilə əldə edə bilərsiniz. 36 kredit ilə aylıq ödəniş 266 AZN təşkil edir. Bank, sığorta və DYP xərcləri HƏDİYYƏ!

Volkswagen Bakı Mərkəzi digər Volkswagen modellərinin qiymətlərini də endirib. İndi yeni Volkswagen Polo 14 900 AZN-dən, Volkswagen Golf VII 25 500 AZN-dən, Volkswagen Amarok 35 900 AZN-dən, Volkswagen Tiguan 33 900 AZN-dən başlayan qiymətlər ilə təklif olunur.

Bütün avtomobillərə yürüşündən asılı olmayaraq 2 il müddətində tam zəmanət verilir. Həmçinin müraciət edən müştərilər salonlarda seçdikləri avtomobilləri test drive edə bilərlər.

Daha ətraflı: *7788
Babək, pr-i 35a. Volkswagen Bakı Mərkəzi
www.volkswagen.az 
https://www.facebook.com/VolkswagenAZ