“Qafqazinfo” axar.az-a istinadən xəbər verir ki, Məhəmməd Peyğəmbərin məzarının köçürüləcəyi iddia edilir. Bu iddia Səudiyyə Ərəbistanı başda olmaqla bir çox müsəlman ölkələrində geniş əks-səda doğurub.
Yayılan məlumatda bildirilirdi ki, Məhəmməd Peyğəmbərin məzarının yerinin dəyişdirilməsi ilə bağlı 61 səhifəlik hesabat hazırlanıb və nazirliyə təqdim ediləcək.
Mövzu ilə bağlı danışan Riyad İmam Məhəmməd bin Suud İslam Universiteti professoru Əli bin Əbdüləziz Əş-Şəbəl bu xəbərin böyük böhtan olduğnu qeyd edib. Əş-Şəbəl belə bir təklifin nə özünün, nə də başqa birinin dilə gətirmək haqqına sahib olmadığını, bu cür böyük böhtanlardan Allaha sığındığını vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər