Üzdəki qırışlardan xilas olmağın - 7 qaydası

uzdeki-qirislardan-xilas-olmagin
Oxunma sayı: 5353

Qadınlarda üz dərisinin gözəlliyi xüsusi önəm daşıyır. Belə ki, güzgüdə qırışın yarandığını görüncə ilk iş olaraq onlardan xilas olmağa çalışırıq. Bu zaman da meydana müxtəlif kremlər, proseduralar, ineksiyalar çıxır. Lakin bu kimi uzunmüddətli və ağrılı üsullardansa, daha rahat və tez effekt verən vasitələr var. Üz üçün bəzi gimnastik hərəkətləri edərək kosmetoloq yanına ən azı 5 il getməyə bilərsiniz.

Qafqazinfo” “Elle.ru”ya istinadən xəbər verir ki, təsirli üsullardan biri feysbildinqdir (Face-üz, building- tikinti, yaradılış).

Feysbildinq- boyun və üz əzələlərinin əllə çox ehmalca masaj olunmasıdır, yəni müəyyən üz hərəkətləridir. Hələ ötən əsrin ortalarında yaranan bu üsulu alman plastik cərrah Reynhold Bents, amerikalı kosmetoloq Kerol Maddjio, italyan jurnalist Benita Kantinei kəşf etdiyini söyləsə də, onun dəqiq yaradıcısı bilinmir.

Əgər siz bu üsulun effekt verib-vermədiyindən əmin olmaq istəyirsinizsə, o zaman aşağıdakı 7 qaydaya riayət edin:

1. Müalicə kursuna başlamazdan öncə tam üzünüzün şəklini çəkin. 15 gün feysbildinq etdikdən sonra üzünüzün nə qədər dəyişdiyinin şahidi olacaqsınız.

2. Tapşırıq zamanı üz əzələlərini əllə mütləq dartmaq lazımdır. Bəzi ekspertlər barmaqlar sürüşməsin deyə pambıq əlcəklər geyinməyi məsləhət görürlər. Lakin bunlar vasitəsilə hərəkətləri hiss etmək və nəzarət etmək çətin olur.

3. Güzgü qarşısında oturaraq məşq edin.

4. Üz üçün yoqaya başlamazdan öncə mövqenizi düzgün seçin: belinizi dik tutun, çiyinlərinizi düzəldin və bir az aşağı salın, qarnınızı içəri çəkin.

5. Bütün təlimatlara əməl edin, əks təqdirdə qırışılar artıqlamasıyla geri qayıda bilər. Youtube.com-da bu metodikanı tətbiq etmiş kosmetoloqların təlim videolarına baxın.

6. Masajı üzün yuxarı hissəsindən aşağıya doğru edin.

7. Bədən kimi üz də dincəlməli və yenidən bərpa olunmalıdır. Üzü çox yükləmək və məşqləri gün ərzində dəfələrlə etmək əvvəlki nəticəyə qaytara bilər.