AzNews.az xəbər verir ki, bunun üçün sosial şəbəkələrdə qruplar yaradılıb, imzalar toplanılaraq ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət ünvanlanıb.
Gəncə sakinlərinin hazırladığı petisiyada bildirilir ki, bu il Cavad xanın şəhidliyinin 211 illiyi tamam olur. “Cavad xan böyük imperiya ordusunun mühasirəsində bir aydan artıq qalaraq, Gəncəni işğalçılara təslim etməmək üçün vuruşaraq qeyri-bərabər döyüşdə öz oğlu və minlərlə Gəncə sakini ilə birlikdə qəhrəmancasına həlak olub. Düşmən, Cavad xanın son məktubunda söz verdiyi kimi, yalnız onun meyidi üzərindən Gəncəyə daxil ola bilib...”. Müraciət müəllifləri M. Əliyevadan Gəncədə Cavad Xana heykəl qoyulması üçün yardım etməsini xahiş ediblər: “2012-ci ilin əvvəlində Gəncə şəhərində Cavad xana möhtəşəm bir abidə ucaldılacağı haqda bir çox ölkə KİV-də məlumatlar yayılıb. Bu xəbər hər bir gəncəlinin və Azərbaycanın bütün vətənpərvər insanlarının böyük sevincinə səbəb olub. Lakin, əfsuslar olsun ki, üç ildən artıq vaxt keçməsinə baxmayaraq, bu təşəbbüs hələ də reallaşmayıb. Sizdən bu məsələni öz şəxsi nəzarətinizə götürərək qeyd olunan abidənin inşasını Heydər Əliyev Fondunun xətti ilə gerçəkləşdirilməsini xahiş edirik! Müharibə şəraitində olan Azərbaycan üçün bir vətənpərvərlik və əyilməzlık, qəhrəmanlıq və şəhidlik rəmzi olaraq Cavad xanın möhtəşəm heykəlinin ucaldılması olduqca vacib bir məsələdir!”.
Petisiyanı hazırlayanlar vətəndaşlardan müraciəti imzalamağı xahiş ediblər. (https://secure.avaaz.org/ru/petition/Heydr_liyev_Fondunun_Prezidenti_Mehriban_xanim_liyevaya_Gnc_shrind_Cavad_xana_mohtsm_bir_abid_ucaltdirilmasini_xahis_edi/?twi)
Son xəbərlər
Son Xəbərlər