Musiqili Teatrda 25-ci dəfə “O olmasın, bu olsun”

musiqili-teatrda-25-ci-defe-o-olmasin-bu-olsun
Oxunma sayı: 714

Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası yeni quruluşda 25-ci dəfə nümayiş olunacaq.

“Qafqazinfo” xəbər verir ki, dünyaca məşhur “O olmasın, bu olsun”un 25-ci nümayişi isə 27 mart saat 19.00-da baş tutacaq.

Qeyd edək ki, 27 mart bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Dövlət Musiqili Teatrı “O olmasın, bu olsun” tamaşasının 25-ci nümayişini Beynəlxalq Teatr Gününə həsr edib.

Tamaşanın quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar Səməd Xasıyev, Əliməmməd Novruzov, Hüseyn Əlili, Nadir Xasıyev, Elçin İmanov və başqaları ifa edirlər.