“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlardan biri Paris Hiltondur. Narkotik vasitələrdən istifadə etdiyi üçün fotomodelin Yaponiyaya girişi qadağandır.
Lady Gaga isə musiqilərindəki bəzi sözlərə görə Malayziyaya gedə bilməz.
Ölkəyə turist vizası ilə girib uşaq və qadın ticarətini göstərən sənədli film çəkdiyi üçün Lindsay Lohanın Hindistana girişi qadağandır.
İngiltərəli musiqiçi Lily Allen ABŞ-da bir fotoqrafa vurulduğu üçün Birləşmiş Ştatlara daxil ola bilməz.
Beyons da Malayziyaya girişi qadağan olunan məşhurlardandır.
Tibetdə rol aldığı “7 il” filminə görə Brad Pitt, Tibetə verdiyi dəstəyinə görə Harrison Ford və musiqiçi Björkün Çinə girişi qadağandır.
Alec Baldwinin Flippin adalarına giriş qadağasının səbəbi isə maraqlıdır. Belə ki, aktyor məktub vasitəsi ilə tanış olduğu adamlarla evlənmək üçün ABŞ-a gedən flippinli qadınlar haqqında zarafat edib. Bu zarafat sonradan ona baha başa gəlib.
Daha bir zarafatın qurbanı olan müğənni Miley Cyrusdur. Musiqiçi şəkildə gözlərini əli ilə qıydığı üçün, çinlilər bunu təhqir hesab edib və onun Çinə girişi qadağandır.
27-lər nəslinin nümayəndəsi Amy Winehouse bir pərəstişkarını döydüyü üçün ABŞ-a girişi qadağan olunmuşdu.
Chris Brownun sevgilisi Rihannanı döydükdən sonra İngiltərədə qara siyahıya düşüb.
Beatles qrupunun nümayəndələri birinci xanımın xətrinə dəydiyi üçün Flippin adalarına girə bilmirdi.
Son olaraq məşhur repçi 50 Centin trekləri ilə insanları şiddətə təhrik etdiyi üçün Kanadaya girişi qadağandır.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər