Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı Uşaq Festivalı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin tərəfdaşlığı ilə hazırlanan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, şəhid və qazi övladları, digər qonaqlar iştirak ediblər.
İlk öncə dövlət himni və şəhid övladlarının ifasında mahnı səsləndirilib, sülhün carçıları olan göyərçinlər uşaqlar tərəfindən səmaya buraxılıb.
Daha sonra Əziz Əzizov və qonaqlar rayonun uşaq bağçası-körpələr evləri və məktəblər tərəfindən tullantılardan hazırlanan əl işlərindən ibarət guşələr ilə tanış olub və uşaqların təqdimatlarını dinləyiblər.
Eyni zamanda, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün “Colour Factory CF” salonunun əməkdaşları Sabina Rzayeva və Fatih Popkov tərəfindən saç kəsimi aksiyası təşkil olunub.
Tədbirdə şəhid övladlarına və əl işləri sərgilənən sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim edilib. Həmçinin bütün uşaqlara dondurmalar paylanıb, eləcə də keçirilən müxtəlif əyləncəli müsabiqələrin qalibləri mükafatlandırılıb.











Son xəbərlər
Son Xəbərlər