20 yaşlı gənc yanaraq öldü

20-yasli-genc-yanaraq-oldu
Oxunma sayı: 979

Beyləqanda yanıq xəsarətləri alan 20 yaşlı gənc vəfat edib.

“Qafqazinfo”nun xəbərinə görə, rayon sakini, 2006-cı il təvəllüdlü Fərid Səfərli ağır yanıq xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, o, aldığı ağır yanıq xəsarətləri nəticəsində xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı