2023-cü ilin ən yaxşı gənc futbolçusu o oldu

2023-cu-ilin-en-yaxsi-genc-futbolcusu-o-oldu
Oxunma sayı: 2204

“Real Madrid” və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhem dünyanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu seçilib.

“Qafqazinfo” xəbər verir ki, bunu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası açıqlayıb.

Səsvermədə ingilis 276 xal toplayıb. İlk üçlüyə alman Camal Musiala (“Bavariya”) və ispan Qavi (“Barselona”) daxil olub.

Qeyd edək ki, Bellinqhem bu mövsüm “Real Madrid”in heyətində 21 matçda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.