2024-cü il üçün Ukraynaya hərbi yardımın həcmini açıqladılar

2024-cu-il-ucun-ukraynaya-herbi-yardimin-hecmini-aciqladilar
Oxunma sayı: 1596

Almaniya hökuməti Berlinin 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstərəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi vasitələrlə dəstək verəcək”, - bəyanatda deyilir.

Qeyd edək ki, xüsusi hərbi əməliyyat başlayandan Ukraynaya ayrılan yardımın həcminə görə ABŞ birinci, Almaniya isə ikinci yerdədir.