21 yaşlı qadın doğuş zamanı öldü

21-yasli-qadin-dogus-zamani-oldu
Oxunma sayı: 745

Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada baş verib.

Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zamanı halının pisləşməsi olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.