“Mortal Kombat”ın aktyoru öldü

mortal-kombatin-aktyoru-oldu
Oxunma sayı: 467

Hollivud aktyoru Keri-Hiroyuki Taqava vəfat edib. 

“Qafqazinfo” “Deadline” portalına istinadən xəbər verir ki, 75 yaşlı sənətçi ABŞ-nin Santa-Barbara şəhərindəki evində dünyasını dəyişib. 

Aktyorun ölüm səbəbi kimi insultdan sonrakı fəsadlar göstərilir. 

Taqava rejissor Bernardo Bertoluççinin 1987-ci ildə lentə aldığı “Sonuncu imperator” filmi ilə populyarlıq qazanıb. Film “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. 

Ona dünya şöhrətini isə “Ölümcül döyüş” (“Mortal Kombat”) filmində canlandırdığı Şan Szun rolu qazandırıb.

Aktyor “Geyşanın memuarları” və “Yüksək qəsrdəki adam” da daxil olmaqla ümumilikdə 150-dən çox filmdə rol alıb.