“Atəşgah” Sığortadan “Visa” ​kart sahibləri üçün xüsusi “Kasko” kampaniyası

atesgah-sigortadan-visa-kart-sahibleri-ucun-xususi-kasko-kampaniyasi
Oxunma sayı: 102

“Atəşgah” Sığorta “Visa” ​kart sahibləri üçün xüsusi “Kasko” kampaniyasını davam etdirir!

1 noyabr 2025-ci il tarixindən başlayan və avtomobil sahiblərinin böyük marağına səbəb olan “Visa” kampaniyası artıq ikinci aydır ki, uğurla davam edir.

Kampaniya çərçivəsində “Visa” kartına sahib olan müştərilər “Google Pay” və ya “Apple Payy” vasitəsilə ödəniş edərək “Atəşgah” Sığortanın “Kasko” məhsulunu 15% endirimlə əldə edə bilərlər. Bu xüsusi təklif sürücülərə avtomobillərini qəza, yanğın, oğurluq və digər gözlənilməz risklərdən daha sərfəli şərtlərlə qorumaq imkanı yaradır.

Endirimli “Kasko” sığorta məhsulunu əldə etmək istəyən müştərilər 1 yanvar 2026-cı il tarixinədək “940” nömrəsi ilə əlaqə saxlayaraq kampaniyadan faydalana bilərlər.