Sabunçu xəstəxanasının həyətində 6 aylıq döl tapıldı

sabuncu-xestexanasinin-heyetinde-6-ayliq-dol-tapildi
Oxunma sayı: 410

Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 14 radələrində Sabunçu Tibb Mərkəzinin həyətində qeydə alınıb.

Oradan tapılan 6 aylıq dölün hansı şəraitdə doğulması və oraya necə atılması məlum deyil.

Hazırda faktla bağlı araşdırma aparılır.