Şamaxıda “Arzuların yaratdığı gələcək” nümayiş olundu - Fotolar

samaxida-arzularin-yaratdigi-gelecek-numayis-olundu
Oxunma sayı: 194

Dekabrın 4-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Arzuların yaratdığı gələcək” tamaşası nümayiş olunub.

“Qafqazinfo” xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Raulya Türkkan, səhnələşdirmə Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, quruluşçu rəssamı Mustafa Mustafayev, Kostyum rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musical tərtibatı  Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafı Əməkdar artist Nigar Rzayeva, rejissorun assistentləri Əməkdar artist İnna İmranova və Yuliya Limarevadır.

Tamaşada Azərbaycanın Əməkdar artistləri: İnna İmranova və Milana Sokolenko, gənc istedadlı aktyorlar Tamerlan Abdullayev, Rəşad Əliyev, Coxar Abdullayev, Ruslan Pavlov, Sabina Asim, Tamilla Abutalıbova, Aylin Türkkan, Dilarə Nəzərova, Samirə Rəhimova, Səma Vəliyeva iştirak ediblər. Tamaşa Məqsud İbrahimbəyovun hekayələri əsasında səhnələşdirilib.

Tədbir tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.