27 kişi məişət zorakılığı ilə bağlı müraciət edib

27-kisi-meiset-zorakiligi-ile-bagli-muraciet-edib
Oxunma sayı: 1965

2023‐cü ildə 49 qadın ailə münaqişəsi və qısqanclıq zəminində törədilən cinayətin qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, onlardan 47‐si qəsdən adam öldürmə cinayətinin, 1‐i özünü öldürmə həddinə çatdırılma, 1‐i isə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin qurbanı olub.

Hesabatda vurğulanıb ki, 2022-ci ildə öldürülən qadınların sayı 51 olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2023 cü ildə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub. 

Müraciət edənlərin 27‐si kişi, 478‐i qadın, 328‐u uşaq, 9‐u əlil, 1‐i ahıl, 2‐ si miqrant olub. Zorakılıq törədənlərin isə 497‐si kişi, 133‐ü qadın olub.

Qeyd edilib ki, məişət zorakılığı halları cəmiyyətin inkişafına, dövlətin ailə institutuna mənfi təsir göstərməklə bərabər, ailələrin dağılmasına səbəb olur.

Zaur Mirzə