Mingəçevirdə 27 yaşlı gənc yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən keçmiş “Kür” mehmanxanasının köhnə binasında qeydə alınıb.
Bildirilir ki, burada müvəqqəti məskunlaşan 1999-cu il təvəllüdlü Murad Şirinov yaşadığı mənzildə ölmüş vəziyyətdə tapılıb.
İlkin müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər