Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu gün paytaxtın Qaradağ rayonunda avtobusların iştirakı ilə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, AYNA sərnişindaşıma fəaliyyəti göstərən avtobusun qanunsuz işlədiyini açıqlayıb:
“Dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.
Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.
Qeyd edək ki, baş verən qəza nəticəsində qanunsuz fəaliyyət göstərən mikroavtobusda olan şəxslərdən 3-ü həlak olub, daha 8 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər
Son Xəbərlər