3 yaşlı uşaq anasının sırğasını uddu

3-yasli-usaq-anasinin-sirgasini-uddu
Oxunma sayı: 2840

Şəkidə  üç yaşlı uşaq anasının sırğasını udub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib. Şəhər sakini 2019- cu il təvəllüdlü Fərrux Fərruxlu yad cism udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov

Həmçinin oxuyun: Нужна ли супругам доверенность на машину?