30 yaşlı kişi dəm qazından boğuldu

30-yasli-kisi-dem-qazindan-boguldu
Oxunma sayı: 1489

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal rayonunda 30 yaşlı Bayramov Nicat Ağanemət oğlu evinin hamam otağında çimərkən ölüb.

İlkin məlumata görə, N.Bayramov dəm qazından zəhərlənərək vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.