“3+3 formatı regional sülhü sübut etmiş olacaq”

33-formati-regional-sulhu-subut-etmis-olacaq
Oxunma sayı: 796

“3+3 formatının fəaliyyətə başlaması regional sülhü çox açıq şəkildə sübut etmiş olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“Daha əvvəllər “altılıq platforma”sını gündəmə gətirmişdik. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qoşulmağa razı olacağı təqdirdə Gürcüstanla bu “altılıq platforma”sının fəaliyyətə başlaması regional sülhü çox açıq şəkildə sübut etmiş olacaq və bu mövzuda da müsbət irəliləyişlər olduğunu öyrəndik”, - deyə Ərdoğan qeyd edib.