Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə gecə saatlarında rayonun Həsənqala kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub.
Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər