37 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı + Yenilənib

37-yasli-qadin-qetle-yetirildi
Oxunma sayı: 6633

Bu gün Yevlaxda 1987-ci il təvəllüdlü qadın qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, saat 03 radələrində Bəkirova Laləzar Camal qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini tötətməkdə şübhəli bilinən L. Bəkirovanın həyat yoldaşı 1986-cı il təvəllüdlü Bəkirov Həsrət Ramiz oğlu saxlanılıb.

Araşdırma aparılır.

***

Hadisə ilə bağlı Yevlax rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu gün saat 03 radələrində Yevlax şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.