Cəlilabadda bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndindəki fermada qeydə alınıb.
Belə ki, fermada gözətçi işləyən Goranboy sakini, 1963-cü il təvəllüdlü Məhərrəm Bayramov ov tüfəngindən açdığı atəş nəticəsində ağır xəsarət alıb.
Döş boşluğundan yaralanan M.Bayramov təcili olaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər